Uruqvay sahillərində minlərlə pinqvinin cəsədi tapılıbbackend

Uruqvay sahillərində minlərlə pinqvinin cəsədi tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uruqvay sahillərində son dərəcə arıq bədənli 2000-ə yaxın Magellan pinqvinləri ölü tapılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, bu, suda yaşayanların ölüm nisbətinin doxsan faizidir.

Kütləvi tələfatın səbəbi hələ ki məlum deyil, lakin alimlər ekstremal iqlim dəyişikliyi nəticəsində biomüxtəlifliyin sürətlə azalmasından narahatdırlar.

2004-cü ildən ekspertlər Macellan pinqvinlərini təhlükə altında olan növ hesab edirlər.

Son 30 il ərzində Cənubi Amerikanın şərq sahillərində yüzlərlə bu quşun ölü tapılması adi hala çevrilib.

Məsələn, 2010 – cu ildə Braziliya çimərliklərində 550 – dən çox pinqvin aclıqdan ölüb .

İki il sonra ölkənin sahil zolağında daha 745 pinqvin ölüb. Maraqlıdır ki, bu kütləvi ölümlər mütləq eyni səbəbdən baş vermir.

Məsələn, 2019-cu ildə Argentinada həddindən artıq istilər nəticəsində 354 pinqvininin yuva qurduğu yerlərdə öldüyü aşkarlanıb.