ABŞ-da Tire Nikolsun ölümünə görə məsuliyyət daşıyan polislərlə bağlı istintaq başladıldıbackend

ABŞ-da Tire Nikolsun ölümünə görə məsuliyyət daşıyan polislərlə bağlı istintaq başladıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Tennessi əyalətində yanvar ayında 6 polis tərəfindən döyülərək öldürülən qaradərili Tire Nikolsun ölümündən məsul olan Memfis Polis İdarəsi haqqında istintaq başladılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Klark istintaqın əsas məqsədinin həqiqəti müəyyən etmək olduğunu bildirib.

Ədliyyə naziri Merrik Qarland Nikolsun faciəvi ölümünün ölkə daxilində dərin hüznlə qarşılandığını söyləyib, polis qüvvələrinin irqi ayrı-seçkilik və konstitusiyaya zidd davranışlar sərgilədiyi iddialarını araşdırmaq üçün istintaqa başlanıldığını bildirib.

Xatırladaq ki, ABŞ-ın Tennessi ştatının Memfis şəhərində FedEx sürücüsü işləyən 29 yaşlı qaradərili Tire Nikols yanvarın 7-də “ehtiyatsızlıq etdiyinə” görə polis tərəfindən saxlanılıb və avtomobilindən düşüb və saxlanma zamanı şiddətli döyülüb.

5-i qaradərili, 6-sı polis olan gənci dəqiqələrlə döydükdən sonra 30 dəqiqəyə yaxın heç bir tibbi yardım almayıb, hətta zorakılıq bitdikdən sonra 10 dəqiqə ərzində hadisə yerinə gələn yanğınsöndürənlərə də tibbi yardım göstərilməyib.

Daha sonra xəstəxanaya aparılan qaradərili gənc 3 gün sonra həddindən artıq qanaxma səbəbindən dünyasını dəyişib.

Nikolsun döyülmə görüntüləri yayıldıqdan sonra Boston, Çikaqo, Detroit, Nyu-York və Portlenddə polis zorakılığına qarşı nümayişlər keçirilib.

Memfis Polis Departamenti hadisədə iştirak edən 6 polis əməkdaşını işdən kənarlaşdırıb, 3 yanğınsöndürən isə işdən çıxarılıb. Hadisədə iştirak edən polis əməkdaşlarına qarşı “qətl” maddəsi ilə cinayət işi açılıb.

Nikolsun anası da Memfis şəhər hökuməti və polis idarəsinə qarşı 550 milyon dollarlıq federal iddia qaldırıb.

Memfisdəki koroner tərəfindən açıqlanan hesabatda Nikolsun ölüm tərzi “qətl” kimi təsvir edilib.