Ukraynanın baş naziri Denis Şmiqal Qətərin humanitar yardım çərçivəsində Ukraynaya 100 milyon dollar ayıracağını bəyan edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qeyd edilib ki, bu pul səhiyyə, təhsil, humanitar minalardan təmizləmə, digər mühüm sosial və humanitar layihələrin təmiri üçün istifadə olunacaq.
Qara dəniz taxıl təşəbbüsünün yenidən aktivləşdirilməsinin vacib olduğu və Ukraynadan taxıl daşınmasının davam etdirilməli olduğu bildirilib.
Rusiyanın qanunsuz olaraq öz ərazisində götürdüyü və saxlamağa davam etdiyi ukraynalı uşaqların geri qaytarılmasında vasitəçilik etmək istəyinə görə Qətərə təşəkkür edilib.