“Threads”ın istifadəçi sayı azalıbbackend

“Threads”ın istifadəçi sayı azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Meta texnologiya şirkətinin sahibi Mark Zukerberq təqdim etdiyi “Threads” istifadəçilərinin sayında azalma olduğunu açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İyulun 6-da dünyaca məşhur sosial media platforması “Twitter”ə rəqib olaraq istifadəyə verilən “Threads”in istifadəçilərinin sayı getdikcə azalır.

Zukerberq “Threads”a yeni yeniləmələrin gələcəyini də bildirib və tətbiqin artırılmış reallıq və virtual reallığa uyğun olaraq hazırlanacağını vurğulayıb.

“Threads”də ilk 5 gündə 100 milyon insan qeydiyyatdan keçib və bu rəqəm sosial media platformaları üçün rekord sayılıb.

Tənqidçilər isə “Threads”ın istifadəçi sayının azalmasının əsas səbəbini digər sosial media saytları ilə müqayisədə burada funksiyaların olmamasında görürlər. Threads hələ post axtarışı, postun redaktəsi, teqlər və birbaşa mesajlaşma kimi funksiyalara malik deyil.