Küveytin şərqində yerləşən Mina əl-Əhmedi neft emalı zavodunda neft xətlərindən birində yanğın baş verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Neft emalı zavodunda neft xətlərindən birində baş verən yanğına müdaxilə edildiyi və ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.
Qeyd edək ki, Mina əl-Əhmədi neft emalı zavodu gündə 466 min barel emal gücü ilə Küveytin ən qədim və ən böyük neft emalı zavodlarından biridir.