Hazırda 705 olan Avropa Parlamentinin deputatlarının sayının 2024-cü ilin iyununda keçiriləcək seçkilərdən sonra 720-yə yüksələcəyi açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, Avropa İttifaqına (Aİ) üzv dövlətlərin nümayəndələrindən ibarət Aİ Şurasının səfirlər səviyyəsində keçirilən iclasında 2024-2029-cu illər üçün deputatların sayının artırılması ilə bağlı konsensus əldə olunub.
Bəzi Aİ ölkələrinin media qurumları toplantının sənədlərinə istinad edərək, onların sayının 720-yə yüksələcəyini yazıb. Avropa Parlamentinin (AP) deputatlarının iyunda parlamentdəki yerlərin sayını 716-ya çatdırmağa razılaşdıqları açıqlanıb.
Son konsensusla parlamentdə təmsil olunan 27 Aİ ölkəsindən 12-nin deputatlarının sayı artacaq. Bunlardan Fransa, İspaniya və Hollandiya hər biri AP-yə daha 2 deputat göndərəcək.
Avstriya, Belçika, Polşa, Sloveniya, Slovakiya, Finlandiya, Latviya, İrlandiya və Danimarkadan daha bir nəfər Avropa Parlamentinin deputatı seçiləcək.
AP-nin 5 illik səlahiyyət müddəti üçün keçiriləcək seçkilər 6-9 iyun 2024-cü il tarixlərində keçiriləcək. Avropa Şurasının qəbul etdiyi qərarın həyata keçirilməsi üçün Aİ ölkələrinin liderləri və AP tərəfindən rəsmən təsdiqlənməlidir.