İsveçrədə əriyən dağ buzlaqında itkin düşən alpinistin qalıqları tapılıbbackend

İsveçrədə əriyən dağ buzlaqında itkin düşən alpinistin qalıqları tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alp dağlarında İtaliya-İsveçrə sərhəddində, Matterhorn dağında itkin düşən alpinistin qalıqları tapılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Alp dağlarının İtaliya-İsveçrə sərhəddindəki Matterhorn dağına qalxan bir qrup alpinist Teodul buzlaqından keçərkən buzlaqdan çıxan çəkmə və kramponları görüb və səlahiyyətlilərə məlumat verib.

Hadisədən sonra polisin verdiyi açıqlamada adı açıqlanmayan şəxsin itən zaman 38 yaşında olduğu qeyd edilib.

BBC isə DNT testi nəticəsində qalıqların 1986-cı ildə yoxa çıxan alman alpinistinə aid olduğu qənaətinə gəldiyini iddia edib.

Bölgədə havanın temperaturu gecə 32 dərəcədən yuxarı olur.

İsveçrə polisi 1925-ci ildən bəri Matterhorn dağına qalxarkən itkin düşənlərin siyahısını saxlayır.

Buzlaqlar əridikcə itirilmiş alpinistlərin qalıqları üzə çıxır. 1968-ci ildə qəzaya uğrayan təyyarənin qalıqları ötən il Aletş buzlaqından çıxarılıb.

2015-ci ilin oktyabrında 1974-cü ildə Alp dağlarına qalxarkən yoxa çıxan çex alpinistinin qalıqları tapılıb.

Rayonda iyulun 9-dan etibarən havanın temperaturu gecələr 32 dərəcədən yuxarı qalxıb.