ABŞ-ın Arizona ştatının Phoenix şəhərindəki botanika bağçasındakı kaktuslar son günlər isti hava şəraiti səbəbindən məh olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ-ın Arizona ştatında rekord həddə çatan temperatur botanika bağlarına da təsir edib.
Phoenixdəki Səhra Nəbatat Bağının alimi Kimberlie McCue musson yağışlarının olmaması səbəbindən 15-20 metr böyüyə bilən saquaro kaktuslarının təxminən 45 dərəcəyə çatan isti dalğasından pis təsirləndiyini qeyd edib.
McCue qeyd edib ki, saguaro kaktus “olduqca normal” görünsə də, isti hava səbəbindən içəridən xaricə çürüyə və qəfil yıxıla bilər.
Qərbi Amerikanın simvolu olaraq bilinən kaktusların 2020-ci ildən bu yana isti dalğalarından təsirləndiyinə diqqət çəkən McCue, bir çox kaktusun da öldüyünü ifadə edib.
McCue boğucu və stresli saguaroların gecələr isti hava ilə boğulduğunu, bunun da onları susuzlaşdırdığını və onları infeksiyalara və həşəratlara qarşı daha həssas etdiyini söyləyib.
Arizonada təsirli olan həddindən artıq istilər səbəbindən 3,5 ayda 25 nəfərin öldüyü açıqlanıb.