ABŞ-ın cənub bölgələrində həftələrdir həddindən artıq isti dalğası şimal ştatlarına da yayılaraq 190 milyon insana təsir edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Milli Meteorologiya Xidməti ölkənin şimal-şərq şəhərlərində, xüsusilə Boston, Nyu-York və Vaşinqtonda “son dərəcə isti hava” xəbərdarlığı edib.
“Sıxılmış istilik və rütubət” olaraq xarakterizə edilən isti havanın ölkə daxilində 190 milyon insana təsir etdiyi və bunun xalq sağlamlığı üçün təhlükə yaratdığı bildirilib.
Milli Meteorologiya Xidmətinin Nyu-York ofisi həddindən artıq isti hava şəraitinin iki gün davam edəcəyini, havanın temperaturunun isə yerlərdə 39 dərəcəyə çatacağını bildirib və əhalini küçəyə çıxmamağa və kondisionerdən istifadə etməməyə çağırıb.
Vaşinqton və Baltimor bölgələrində temperaturun Selsi üzrə 43,3 dərəcəyə qədər yüksələ biləcəyi xəbərdarlığı edilib.
İctimaiyyətdən lazımi tədbirləri görmələri xahiş olunub.
Arizona ştatının Phoenix şəhərində 28 gün fasiləsiz olaraq ən az 43 dərəcə Selsi, Florida ştatında Mayamidə 46 gün və El Paso, Texasda 42 gün ərzində təxminən 38 dərəcə istiliklə rekord qırılıb.
Bildirilib ki, Ohayo Vadisi, Missisipi Çay Vadisi və cənub bölgələrində həddindən artıq istilər rekord qırmağa davam edəcək.