ABŞ, Cənubi Koreya və Yaponiya liderləri avqustun 18-də ABŞ prezidenti Co Baydenin ev sahibliyi ilə Şimali Koreyanın yaratdığı təhlükəni və Hind-Sakit okean regionunda əməkdaşlığı müzakirə etmək üçün görüşəcəklər.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Baydenin avqustun 18-də Vaşinqton yaxınlığındakı “Kamp David” kampusunda Yaponiyanın Baş naziri Kişida Fumio və Cənubi Koreya prezidenti Yoon Suk-yeol-u qəbul edəcəyi bildirilib.
Üçtərəfli liderlər sammitində Bayden, Yoon və Fumionun münasibətlərdə “yeni eranı” qeyd edəcəkləri vurğulanıb.
Bildirilib ki, liderlər Hind-Sakit okean və onun hüdudlarından kənarda əməkdaşlığın genişləndirilməsini, o cümlədən ASEAN və Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsini müzakirə edəcəklər.
“Sammit qlobal və regional təhlükəsizlik çağırışlarının həlli, qaydalara əsaslanan beynəlxalq nizamın təşviqi və iqtisadi rifahın təşviqi ilə bağlı birgə üçtərəfli baxışı irəli sürəcək”, – məlumatda qeyd edilib.






