Yunanıstanın İliya bölgəsində yanğın başlayıbbackend

Yunanıstanın İliya bölgəsində yanğın başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın İliya bölgəsində yanğın baş verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Meşə yanğınları ilə mübarizə aparan Yunanıstanın İliya bölgəsində yeni yanğının başladığı açıqlanıb.

Məlumata görə, güclü külək səbəbiylə İlia bölgəsində yayılan yanğın qısa müddətdə yaşayış məntəqələrinə çatıb.

Ehtiyat tədbiri olaraq bəzi yaşayış məntəqələri boşaldılıb.

Digər tərəfdən yanğının dünəndən etibarən nəzarət altına alındığı Rodos adasında isə yeni yanğına qarşı yanğınsöndürənlər hazır vəziyyətdə saxlanılır.

Kənd Təsərrüfatı İnkişafı və Qida Nazirliyinin ilk hesablamalarına görə, Rodos adasındakı yanğında 2500 heyvan tələf olub, 50 min zeytun ağacı məhv olub.