İraqın mərkəzi və cənub bölgələri işıqsız qalıbbackend

İraqın mərkəzi və cənub bölgələri işıqsız qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünəndən etibarən paytaxt Bağdad və İraqda yüksək temperaturun daha təsirli olduğu cənub şəhərlərində milli elektrik xidməti göstərilmir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Səlahəddin-Hədisə elektrik xəttinə edilən bombalı hücum və Bəsrə Bəkirdəki yanğın səbəbilə ölkənin mərkəzi və cənub bölgələrində saatlarla elektrik enerjisinin kəsildiyi bildirilib.

Artan hava istiləri ilə elektrik enerjisinə olan ehtiyacın şiddətinə diqqət çəkən açıqlamada yaşanan problemlərin bir neçə saat ərzində aradan qaldırılacağı və milli elektrik xidmətinin veriləcəyi bildirilib.

İraqda, xüsusən də yay aylarında elektrik enerjisinin tez-tez kəsildiyi bir şəraitdə insanlar elektrik enerjisini məhəllə generatorlarından müəyyən gücdə ödənişlə almağa çalışırlar.

Əksər məhəllə generatorları 24 saat elektrik enerjisi verə bilmir.