Fəhlələri daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub: 9 nəfər yaralanıbbackend

Fəhlələri daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub: 9 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Malatyanın Darende rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Malatya-Kayseri yolunun Günpınar qovşağında kənd təsərrüfatı işçilərini aparan Abit A.-nın idarəsindəki mikroavtobus Hatəm B-nin istifadə etdiyi avtomobillə toqquşub.

Hadisə yerinə polis, yanğınsöndürənlər və tibb işçiləri göndərilib.

Qəza nəticəsində mikroavtobusda olan sürücülər və kənd təsərrüfatı işçiləri də daxil olmaqla 9 nəfər xəsarət alıb.

Yaralılar hadisə yerində edilən ilk müdaxilənin ardından təcili yardım maşınları ilə rayon xəstəxanasına aparılıb. Yaralıların səhhətinin yaxşı olduğu öyrənilib.