Türkiyədə 90 nəfər toyuq və düyüdən zəhərlənibbackend

Türkiyədə 90 nəfər toyuq və düyüdən zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə toyuq və düyü yediyi üçün zəhərlənən 90 nəfər xəstəxanaya yerləşdirilib

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Hadisə Dənizlinin Merkezəfəndi mahalında baş verib.

5 gün əvvəl dünyasını dəyişən qadın üçün təşkil edilən məclisdə toyuq və düyüdən ibarət ehsan verilib.

Məclisdə ehsan yeyən 90 nəfər zəhərlənib.

Belə ki, 1 saatdan sonra düyü yeyən bəzi insanlarda ürəkbulanma və qarın ağrıları başlayıb.

Səhhəti getdikcə pisləşən həmin şəxslər xəstəxanalara yerləşdirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.