“Twitter”in binasında işıqlandırılan X işarəsi sakinlərin qəzəbinə səbəb olubbackend

“Twitter”in binasında işıqlandırılan X işarəsi sakinlərin qəzəbinə səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Twitter”in binasında işıqlandırılan X işarəsi sakinlərin qəzəbinə səbəb olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İlon Maskın sosial şəbəkəsinin yeni loqosu San-Fransisko binasının yerləşdiyi məhəllədə parlaqlığına görə şikayətlərə səbəb olub.

Elon Musk bu yaxınlarda “Twitter” sosial media platformasının loqosunu “X” olaraq dəyişib.

Daha sonra San-Fransiskodakı Market Street qərargahının damında nəhəng “X” loqosu quraşdırılıb.

Lakin bələdiyyə rəsmiləri və bəzi sakinlər bu görüntüdən razı deyillər.

Həftə sonu insanlar nəhəng “X”in parıldayan, titrədiyi və yanıb-sönən videosunu çəkərək sosial şəbəkələrdə şikayətlərini paylaşıblar.

Ərazi sakinlərinin bələdiyyə orqanlarına şikayət etdiyi açıqlanıb.

San Fransiskonun tikinti müfəttişləri bunun qaydalara zidd ola biləcəyini söyləyib.

Hesabatda şirkət nümayəndələrinin loqonu araşdırmaq istəyən səlahiyyətlilər tərəfindən iki dəfə damın girişinə maneə törətdiyi, lakin “Twitter” nümayəndəsinin loqodan müvəqqəti istifadə edildiyi bildirilib.