Kanadada yanğınlarda həlak olan yanğınsöndürənlərin sayı 3-ə çatıbbackend

Kanadada yanğınlarda həlak olan yanğınsöndürənlərin sayı 3-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadada davam edən və “ölkə tarixinin ən böyük yanğını” olaraq qeyd edilən meşə yanğınlarında həyatını itirən yanğınsöndürənlərin sayı 3-ə yüksəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Beləliklə, builki meşə yanğınlarında həyatını itirən yanğınsöndürənlərin sayı 3-ə yüksəlib.

Kanadada nəzarət altına alına bilməyən yanğınlar səbəbiylə sakinlər cənubda ABŞ sərhədinə doğru təxliyə edilərkən, davam edən yanğınların üçdə birinin Britaniya Kolumbiyası bölgəsində olduğu açıqlanıb.

Bu il Kanadada baş verən meşə yanğınlarında külə çevrilən meşə sahəsinin ölçüsü 12 milyon hektarı keçib.

Bu rəqəm Cənubi Koreya və Kubanın üz ölçüsündən daha çoxuna uyğundur.

Bu il Kanadada baş verən 990 yanğından 613-ü hələ də davam edir və nəzarət altında deyil.

Kanadanın Təbii Sərvətlər Nazirliyi və Qurumlararası Meşə Yanğınları Mərkəzinin (CIFFC) açıqladığı məlumatlara görə, bu il ölkədə meşə yanğınları nəticəsində məhv edilən torpaqların miqdarı tarixin ən yüksək səviyyəsinə çatıb.

1989-cu ilin aprel-sentyabr aylarını əhatə edən meşə yanğınları mövsümündə təxminən 7,6 milyon hektar meşə sahəsinin yandığı Kanadada hələ də yanğın mövsümünün ortasında olmasına baxmayaraq, bu il 12 milyon hektardan çox meşə sahəsi yanıb.