Argentina ölçüsündə dəniz buzları Antarktidada əriyirbackend

Argentina ölçüsündə dəniz buzları Antarktidada əriyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antarktidada dəniz buzlarının səviyyəsi bu il qlobal istiləşmə səbəbindən “rekord səviyyədə” əriyib və nəticədə Argentina ölçüsündə itki baş verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Milli Qar və Buz Məlumat Mərkəzi (NSIDC) Antarktidada bu il dəniz buzlarının əriməsinin son 45 ilin “ən yüksək səviyyəsinə” çatdığını bildirib.

Hər il qitənin yay aylarının yaşandığı fevral ayının sonlarına doğru Antarktida dəniz buzları qış aylarında əvvəlki vəziyyətinə qayıdaraq ən aşağı səviyyəyə çatsa da, bu il buz gözlənilən səviyyəyə çatmayıb.

Məlumata görə, buzun keçən illə müqayisədə təxminən 1,6 milyon kvadrat kilometr azalaraq 2022-ci ildə ərimə rekordunu qırdığı vurğulanıb.