Soçidən gələn kruiz gəmisi bu dəfə də aksiya fonunda yenə Batumi limanını tərk edib.
İnterpress.az xəbər verir ki, kruiz laynerinin Batumi limanına enməsindən sonra Batumidə etiraz aksiyaları keçirilir.
Etirazçılar rusiyalı turistlərin gəlişinə qışqıraraq etiraz ediblər və Batumi limanının kruiz gəmisinin təyinat yerindən çıxarılmasını tələb ediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları daim hadisə yerinə səfərbər edilib. Liman ərazisi dəmir barrikadalarla əhatə olunub. Aksiya zamanı 23 nəfər saxlanılıb.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl aksiya fonunda Batumi limanını Soçidən kruiz layneri tərk edib. Həmçinin, yayılan məlumata görə, hazırkı mərhələdə Batumi limanı “Astoria Grande” saytında kruiz gəmilərinin istiqamətlərindən çıxarılıb.