Afrika qitəsində fəaliyyət göstərən silahlı təşkilatların sayı son 10 ildə artıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Mərkəzi ABŞ-da yerləşən Afrika Strateji Araşdırmalar Mərkəzinin dərc etdiyi hesabatda Afrikadakı silahlı təşkilatlar yer alıb.
“Afrikalı Hərbi-İslamçı Qrupa Bağlı Ölümlər Bütün Zamanlarda” başlıqlı hesabatda son 10 ildə Afrikada silahlı təşkilatların sayının artdığı bildirilib.
Hesabata görə, 2014-cü ildə Saharaaltı Afrikada Nigeriya, Mali və Somali kimi ölkələrdə mövcud olan silahlı təşkilatlar 2023-cü ildə Mozambik, Keniya, Kamerun, Burkina Faso, Mavritaniya və Benin kimi ölkələrə yayılıb.
Hesabatda silahlı təşkilatlar səbəbindən ölənlərin yüzdə 80-nin Sahel bölgəsi və Somalidə, Sahel bölgəsindəki hücumların isə yüzdə 87-nin Burkina Faso və Malidə yaşandığı vurğulanıb.
Qitənin müxtəlif yerlərində silahlı qrupların törətdiyi ölümlərin tarixdə ən yüksək səviyyədə olduğuna diqqət çəkən hesabatda hərbi çevrilişlərin şiddəti qızışdırdığı paylaşılıb.
Hesabatda, ötən il Somalidə Əl-Şəbab terror təşkilatından ölümlərin 157 faiz artdığı, Çad Gölü hövzəsində isə əsas ölüm səbəblərinin Boko Haram və Qərbi Afrika İslam Dövləti (ISWA) olduğu açıqlanıb.
Şimali Afrika ölkələrində silahlı təşkilatların sayının azaldığı vurğulanan hesabatda 2017-ci ildən bəri Ənsar’us Sünnə təşkilatının Mozambikdə həyata keçirdiyi hücumlarda yüzlərlə insanın həyatını itirdiyi qeyd edilib.
Afrika ölkələrində pis idarəçilik və siyasi qeyri-sabitlik, etnik münaqişələr, hərbi çevrilişlər və qitədən kənar ölkələrin hakimiyyət mübarizəsi silahlı təşkilatların təsir dairəsini genişləndirir.