Polşa Belarus sərhədində qoşunlarının sayını artıracaq və bölgəyə əlavə qüvvələr, o cümlədən döyüş helikopterləri yerləşdirəcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Sərhədə yaxın ərazidə iki Belarus helikopterinin Polşanın hava məkanını pozduğu vurğulanıb.
Hadisə ilə bağlı NATO-nun məlumatlandırıldığı bildirilib.
Müdafiə naziri Mariuş Blaşçak sərhəddə qoşunların sayının artırılması və bölgəyə əlavə qüvvələrin, o cümlədən döyüş helikopterlərinin göndərilməsi barədə göstəriş verib.
Belarusun müvəqqəti işlər vəkilinin baş vermiş insidenti izah etmək üçün Polşa Xarici İşlər Nazirliyinə çağırılması qərara alınıb.