İran və Belarus hərbi əməkdaşlıq üzrə birgə komissiya yaradacaqbackend

İran və Belarus hərbi əməkdaşlıq üzrə birgə komissiya yaradacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Belarus hərbi əməkdaşlıq üzrə birgə komissiya yaradacaq.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belarusun müdafiə naziri Viktor Hrenin Tehranda İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri ilə görüşüb.Görüşdə iki ölkənin silahlı qüvvələri arasında çoxşaxəli əməkdaşlıq imkanları müzakirə edilib, birgə komissiyanın yaradılması barədə razılıq əldə olunub.

Belarusun müdafiə naziri Hrenin iyulun 31-də Tehranda iranlı həmkarı Məhəmməd Rza Aştiani ilə görüşüb və görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq sahəsində anlaşma memorandumu imzalanıb.