Beynəlxalq turizmdən əldə olunan gəlir rekord həddə çatıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Hesabata əsasən, 2023-cü ilin yanvar-iyun aylarının məlumatına görə, Gürcüstan beynəlxalq səyahətlərdən (turizmdən) 1 804 529 935 dollar gəlir əldə edib ki, bu da 2019-cu ilin analoji göstəricisinin (+348 461 374 ABŞ dolları) 123,9% bərpasıdır. 2022-ci illə müqayisədə beynəlxalq səyahətlərdən əldə olunan gəlirlər 661 999 720 (+57,9%) ABŞ dolları artıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında səyahətdən əldə olunan gəlirlərə görə ölkələr arasında Rusiya liderdir. Ümumilikdə, ilin birinci yarısında rusiyalı turistlər Gürcüstanda 482,1 milyon ABŞ dolları xərcləyib. Bu faktiki olaraq illik 120,4% artım deməkdir. Ötən ilin analoji dövründə rusiyalı səyahətçilərdən əldə edilən gəlir 218,7 milyon dollar təşkil edib.