Nigeriya Hərbi Hava Qüvvələrinin (NAF) sözçüsü Edvard Qabkvet ordunun Zamfara əyalətinin Dankarami bölgəsində silahlı dəstə üzvlərinə qarşı hava əməliyyatı keçirdiyini bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Gabkwet qeyd edib ki, əməliyyatda 16 dəstə üzvü öldürülüb, bir çox dəstə üzvləri isə yaralanaraq xilas olub.
Əməliyyatda silahlı dəstə üzvlərinin düşərgələrinin məhv edildiyini qeyd edən Qabkvet dəstə üzvlərinə məxsus silahlar, nəqliyyat vasitələri, motosikletlər və mühüm sursatların ələ keçirildiyini bildirib.
Zamfara əyaləti artıq 5 ildən çoxdur ki, silahlı dəstə üzvlərinin hücumları ilə üzləşir. Hökumət artan təhlükəsizlik problemləri səbəbiylə tutulan silahlı dəstə üzvlərinin mühakimə olunacağını bəyan edib.






