Qırmızı dənizdə təhlükə yaradan tankerdəki neftin 60 faizi boşaldılıbbackend

Qırmızı dənizdə təhlükə yaradan tankerdəki neftin 60 faizi boşaldılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin Qırmızı dəniz sahilində 8 ildir lövbər saxlayan və bunun ekoloji fəlakətə səbəb ola biləcəyi xəbərdarlığı edilən “Safer” neft tankerindəki neftin 60 faizi boşaldılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Saferdəki neftin 60 faizinin başqa bir gəmiyə köçürüldüyü bildirilib.

2015-ci ildən Yəmənin Hudeydə sahillərində lövbər salan Yəmənin dövlət şirkətinə məxsus “Safer” tankerində 1 milyon bareldən çox neftin Qırmızı dənizə sızması riski olub.

BMT-nin ölkədəki humanitar məsələlər üzrə koordinatoru David Gressly, keçən il “Safer” tankerinə “ticarət bombası” ilə bağlı xəbərdarlıq edib, neft tankerindəki mümkün sızmaların aradan qaldırılmasının 20 milyard dollara başa gələcəyini söyləyib.

Uzun müddətdir işləyən və tankerin boşaldılması üçün vəsait toplayan BMT, mart ayında toplanan ianələr sayəsində neftin Saferdə boşaldılması üçün böyük bir xam neft gəmisinin alınmasına dair razılaşma əldə edildiyini açıqlamışdı.

Sözügedən gəmi iyulun 16-da Yəmənin qərbindəki Hudeydə limanına çatıb.

Ekoloji fəlakətə səbəb olacağı xəbərdarlığı edilən tankerdəki 1 milyon bareldən çox neftin boşaldılmasına iyulun 25-dən başlanılıb.