İtaliyada aztəminatlı ailələrə yardım ayrılması sms-lə məlumat veriləcəkbackend

İtaliyada aztəminatlı ailələrə yardım ayrılması sms-lə məlumat veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada rifah proqramından faydalanan bəzi aztəminatlı ailələrə hökumətə görə işlə təmin oluna bilən olduqları üçün müavinətlərinin kəsiləcəyini bildirən mətn mesajı (SMS) göndərilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Müavinətdən faydalananlar iyulun sonunda telefonlarına göndərilən məlumat mesajı ilə bir neçə ildir aldıqları maliyyə yardımının avqust ayında kəsiləcəyini öyrəniblər.

Sentyabrın 1-dən etibarən müavinətləri kəsilənlər ölkədəki məşğulluq mərkəzlərində peşə təhsili alacaq, o cümlədən ayda 350 avro ödəniləcək.

Mesajın İtaliyada 169.000 ailəyə göndərildiyi təxmin edilir.

Giorgia Meloni hökuməti sosial yardım sistemindən faydalanan 18-59 yaş arası işləyə bilən insanlar üçün 1 yanvar 2024-cü il tarixindən etibarən müavinətin kəsiləcəyini açıqlayıb.

Onun müavinətinin kəsiləcəyini SMS vasitəsilə öyrənənlər Meloni hökumətinin qərarına reaksiya veriblər.

Qərara sosial yardımdan ən çox faydalananların olduğu Neapolda etiraz edilib.

SMS-dən aldıqları məlumatı kafi görməyənlər, məlumat almaq üçün Neapoldakı Sosial Müdafiə Təşkilatı binalarına gediblər.

Şəhərin Porta Kapuana bölgəsində təxminən 200 nəfərlik qrup şüarlar səsləndirərək şəhər mərkəzinə yürüş edib və nümayiş keçirərək qərara etiraz ediblər.

Cüzeppe Kontenin rəhbərlik etdiyi 5 Ulduz Hərəkatı (M5S) öncəsi aztəminatlı və işsiz insanlara vəd edilən “əsas gəlir” adlı yardım müavinəti 2019-cu ildə həyata keçirilib.

Etiraz müxalifət tərəfindən qaldırılıb.

Meloni hökuməti 2022-ci ildə hakimiyyətə gəldikdən sonra “işlə təmin olunan” insanların müavinətinin kəsiləcəyini açıqlayıb.