Cənubi Kiprdə pişiklər arasında koronavirusun ölümcül ştammı yayılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Səlahiyyətlilər minlərlə pişiyin koronavirusdan öldüyünü açıqlayıb və pişiklərin müalicəsi üçün insana aid olmayan koronavirus dərmanları hazırlanacaq.
Güney Kipr hökuməti kənd təsərrüfatı nazirliyinin tövsiyəsi ilə plana yaşıl işıq yandırıb.
Koronavirusun bir ştammı – insanlara ötürülə bilməyən pişik yoluxucu peritoniti (FIP) Kiprdə böyük pişik populyasiyasını məhv edir.
Covid əleyhinə həblər şəklində olan dərmanlar baytarlıq xidmətləri vasitəsilə əldə ediləcək.
Heyvan fəalları bir milyona yaxın pişiyin öldüyü Kiprin ölü pişiklər adasına çevrildiyini bildiriblər.