Hindistanda 3 fili elektrik cərəyanı vuraraq öldürübbackend

Hindistanda 3 fili elektrik cərəyanı vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Assam əyalətinin Quvahati şəhəri yaxınlığındakı Rani kəndində qida axtarmaq üçün yaşayış məntəqələrinə enən 3 fil elektrik cərəyanı vuraraq həyatını itirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hindistanın Assam əyalətinin Quvahati şəhəri yaxınlığında yerləşən Rani kəndində ölən fillər rəsmilər tərəfindən təşkil edilən mərasimlə dəfn edilib.

Mərasimə qatılan vətəndaşlar fillərin üzərinə gül dəstələri qoyublar.