Suriyanın aparıcı kanalı “Syria TV”də (تلفزيون سوريا) “İLLÜZİYA” (وَهُمٌ) sənədli filmi haqqında geniş material yayımlayıb.
İnterpress.az xəbər verir ki, bu materialda Suriyanın müəyyən dairələrinə xidmət edən vətəndaşları tərəfindən aparılan propaqandaya da toxunulub.
Əslində Suriya media platformasını 12 ildir bitməyən müharibədən daha çox həmin filmin müəllifi olan azərbaycanlı telejurnalist Vəfa Ağabalayevanın başının bağlı olmaması, filmin müəllifinin niyə məhz xanım olması və s. kimi suallar maraqlandırır.
V.Ağabalayeva isə halbuki başını bağladığını bildirib.
“Suriyalılardan isə bu müddət ərzində xeyli sayda mesajlar alıram. O coğrafiyada baş verənləri faktla təqdim etdiyimiz üçün təşəkkürlər edirlər.
Çəkilişlərimiz zamanı çətinliklə tapdığım ata-anası “İŞİD” terror qruplaşmasına qoşularaq həlak olan 4 azərbaycanlı uşağı yəqin ki, xatırlayırsınız. Mənim üçün isə filmin ən böyük uğuru o uşaqların (Sümeyya və Zeynəb xalasına, Zeyd və Reyhan isə bibi və əmilərinə) yaxınlarına təhvil verilməsidir. Yəni, ideologiyanın qurbanı olan günahsız körpələr bu gün Azərbaycandadırlar”.