Dünyaca məşhur “Al-Jazeera Channel” azərbaycanlı telejurnalist Vəfa Ağabalayevanın Suriyada hazırladığı “İLLÜZİYA”( وَهُمٌ ) sənədli filmi haqqında reportaj yayımlayıb.
İnterpress.az xəbər verir ki, reportajın yayımlanmasında məqsəd filmin Suriya mediası və sosial platformasında səs-küyə səbəb olmasıdır.
13 ildir bitməyən müharibə ölkəsində bəzi dairələr jurnalistin filmdə geniş toxunulan mövzular və faktları necə əldə etdiyini, müsahibələri necə aldığını və müharibə gedən qadağan olunan ərazilərə necə daxil olduğu haqqda hesabat tələb edirlər.
Videonun sonunda Suriyanın tanınmış jurnalistlərinin tvitləri var.
Onlar qeyd edirlər ki, suriyalı jurnalistlər azərbaycanlı telejurnalistin gedib çəkdiyi ərazilərə buraxılmadığı halda əcnəbi jurnalist bunu necə edib?