Hollandiya hava məkanına yaxınlaşan Rusiya döyüş təyyarələrinin dayandırıldığını bildiribbackend

Hollandiya hava məkanına yaxınlaşan Rusiya döyüş təyyarələrinin dayandırıldığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya hava məkanına yaxınlaşan iki Rusiya döyüş təyyarəsinin Danimarka hava məkanında dayandırıldığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hollandiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiyaya məxsus 2 ədəd F-16 döyüş təyyarəsinin saat 07:00 radələrində Hollandiya hava məkanına yaxınlaşdığı müəyyən edilib.

“Quick Response Alert” (QRA) sistemləri işə salındıqdan sonra təyyarə həmin ölkənin hava məkanında olarkən Danimarka tərəfindən tutulub.

Bəyanatda deyilir ki, bu cür hadisələr nadir hallarda baş verir, lakin buna baxmayaraq, sürətli yerləşdirmənin vacibliyini nümayiş etdirir.

Açıqlamada həmçinin Hollandiya F-16-larının 24 saat həyəcan vəziyyətində olduğu, xarici bir təyyarənin olması təsbit edildiyi təqdirdə dəqiqələr ərzində işə salına biləcəyi vurğulanıb.

Belçika və Hollandiyanın növbə ilə hava məkanına nəzarət vəzifəsini üzərinə götürdüyü bildirilən açıqlamaya görə, iki ölkə bütün Benilüks (Belçika, Hollandiya və Lüksemburq) ərazisini nəzarətdə saxlayır.