Bu gün Laçın dövlət sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 9 nəqliyyat vasitəsi ilə 28 nəfərin keçidi olub.
“İnterpress.az” xəbər verir ki, bu şəxslərdən 5 nəfəri BQXK üzvü, 9 nəfəri sürücü, 7 nəfəri xəstə, 6 nəfəri müşayiətçi, 1 nəfəri isə tibb işçisi olub.
Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərməklə yanaşı, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.