Kambocada 7 ildən sonra Zika virusuna ilk yoluxma halı aşkarlanıbbackend

Kambocada 7 ildən sonra Zika virusuna ilk yoluxma halı aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənub-Şərqi Asiya ölkəsi Kambocada 7 ildən sonra ilk Zika virusuna yoluxma halı aşkarlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Kamboca Səhiyyə Nazirliyinin verdiyi açıqlamada ölkədə 2016-cı ildən bəri ilk Zika virusuna yoluxma halının aşkarlandığı bildirilib.

Açıqlamada, Kampong Thom bölgəsində 7 yaşlı bir qızın denq qızdırması şübhəsi ilə sentyabrın 18-də xəstəxanaya yerləşdirildiyi və sentyabrın 21-də onun analizinin nəticəsinin Zika virusuna yoluxduğu təsdiqləndiyi açıqlanıb.

Açıqlamada Zika virusunun hamilə qadınlara yoluxduğu halda ölü doğuşa səbəb ola biləcəyi bildirilib və infeksiya əlamətləri göstərənlərin dərhal səhiyyə müəssisəsinə müraciət etmələri vurğulanıb.

Açıqlamada virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görüldüyü qeyd edilib.

Zika virusu nədir?

Zika virusu insanlara “Aedes” ağcaqanadlarının dişləməsi ilə keçir.

Hamilə qadınlarda qan, cinsi əlaqə və anadan körpəyə keçdiyi təsbit edilən Zika virusu ilk dəfə 1947-ci ildə Uqandanın Zika meşələrində meymunlarda aşkar edilib.

Qızdırma, gözlərin qızarması, qusma, səpgi, baş, əzələ və oynaq ağrıları kimi əlamətlər göstərən xəstəliyin spesifik müalicəsi və profilaktik peyvəndi yoxdur.

Digər tərəfdən, Zika infeksiyası olan xəstələr adətən bir həftə ərzində sağala bilir və virusa bağlı ölüm nisbətinin aşağı olduğu bildirilir.