Efiopiyada ordu ilə milislər arasında toqquşmalar alovlanıbbackend

Efiopiyada ordu ilə milislər arasında toqquşmalar alovlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Efiopiyanın Amhara əyalətində milislərlə ordu arasında şiddətli toqquşmalar baş verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ötən il ölkənin şimalında Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) ilə döyüşdə orduya dəstək verən “Fano” milisləri silahı yerə qoymaq istəmədiyi üçün aylardır ordu ilə döyüşür.

Amharanın bir çox şəhərində təhlükəsizlik qüvvələrinə hücum edən milislər bir müddət əvvəl əyalətin tarixi Qondar şəhərinə girməyə cəhd ediblər.

Efiopiya Müdafiə Nazirliyi Facebook-da verdiyi açıqlamada Qondara edilən hücumun dəf edildiyini və 50 hərbçinin öldürüldüyünü bildirib.

Açıqlamada öldürülənlər arasında milis liderlərinin də olduğu bildirilib.

Digər tərəfdən, əyalətin Bahir Dar şəhərində hər il keçirilən və bu ilin oktyabrında keçirilməsi planlaşdırılan “Tana Forum” təhlükəsizlik forumu qarşıdurmalara görə təxirə salınıb.

Efiopiyada münaqişələr

Efiopiyada federal hökumət 2022-ci ilin noyabrında Tigray Xalq Azadlıq Cəbhəsi (TPLF) ilə sülh sazişi imzaladı. Bölgədəki bütün təşkilatlar tərksilah etməyə razılaşarkən, Amharada yerləşən “Fano” adlı milis qrupu ordu ilə qarşıdurmaya başlayıb.

Federal hökumət Amhara bölgəsində ordu ilə yerli milislər arasında toqquşmaların şiddətlənməsindən sonra avqustun 4-də fövqəladə vəziyyət elan edib və avqustun 7-də Amharada bəzi bölgələrdə nəzarətin itirildiyini açıqlayıb.

Afrika İttifaqı (AfB) avqustun 16-da ordu birlikləri ilə üsyançılar arasında toqquşmaları dayandırmağa çağırmışdı.