Filippin və Çin arasında yeni böhran başlayıbbackend

Filippin və Çin arasında yeni böhran başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippinin Milli Təhlükəsizlik Müşaviri Eduardo Ano, Çin Sahil Mühafizəsi (CCG) tərəfindən Cənubi Çin dənizindəki mübahisəli sularda yerləşdirdiyi “üzən maneənin” aradan qaldırılması üçün lazımi tədbirlərin görüləcəyini söyləyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir .

Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Ano CCG-nin ərazidə maneələr quraşdırmasını pisləyib.

Ano, CCG-nin Cənubi Çin dənizinin şərqindəki Luzon adasının qarşısındakı “Skarboro rifi”ndə quraşdırılmış 300 metr uzunluğundakı üzən maneəni aradan qaldırmaq üçün lazım olanı edəcəyini bildirib:

“Çin tərəfindən quraşdırılan maneələr balıqçılarımızın ənənəvi balıqçılıq hüquqlarını pozur”.

Filippinli balıqçıların hüquqlarının qorunacağını vurğulayan Ano bildirib:

“Bölgədə balıq ovuna mane olan hər bir dövlət Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyasını (UNCLOS) və beynəlxalq hüququ pozmuş olacaq”.

Filippin Sahil Mühafizəsi Komandanlığının sözçüsü kontr-admiral Cey Tarriela dünən Cənubi Çin dənizindəki mübahisəli sularda “üzən maneə” yerləşdirməkdə günahlandırdığı Çini “qətlə” qınayıb. Cənubi Çin dənizi sahilyanı ölkələr İkinci Dünya Müharibəsindən sonra müstəqillik əldə etdikdən sonra suverenliklə bağlı mübahisələrin predmeti olub.

Çin ilk dəfə 1947-ci ildə dərc etdiyi xəritə ilə Cənubi Çin dənizinin 80 faizindən çoxunun suverenliyini iddia edir.

Filippin, Vyetnam, Bruney və Malayziya kimi sahilyanı qonşu ölkələr də bölgədə hüquqlar iddia edir.

Çinin bölgədəki mübahisəli adalarda hərbi bazalar tikməsi və mülki gəmi donanmalarını uzun müddət saxlaması region ölkələri ilə yanaşı, ABŞ tərəfindən də etiraz edilir.