Meksikanın Duranqo əyalətində iki şəxsi sərnişin təyyarəsinin toqquşması nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ştat rəsmiləri bildiriblər ki, yerli vaxtla dünən səhər saatlarında biri havaya qalxan, digəri eniş edən iki şəxsi təyyarə toqquşub.
Səlahiyyətlilər qəzadan sonra təyyarənin alovlandığını və biri uşaq olmaqla 5 nəfərin öldüyünü bildirib.
Qeyd olunub ki, hər iki təyyarə Cessna yüngül təyyarəsi olub.
Qəza ilə bağlı araşdırmalar davam edir.