Kanadadan Hindistana gedən vətəndaşlarına XƏBƏRDARLIQbackend

Kanadadan Hindistana gedən vətəndaşlarına XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada Hindistana gedən vətəndaşlarına ölkə daxilində terror hücumları təhlükəsi səbəbindən çox diqqətli olmaları barədə xəbərdarlıq edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Kanada hökuməti ölkədə bir sikh fəalının ölümündən sonra Hindistanla yaranan gərginliyə görə səyahət tövsiyələrini yeniləyib.

Hindistanın açıqladığı 40 “terrorçu”nun adı siyahısında olan separatçı Khalistan Liberation Force (KLF) təşkilatının direktoru Hardeep Singh Nijcar iyunun 18-də Kanadada güllələnərək öldürülüb.

Kanadanın baş naziri Trudeau Nijcarın qətlinin arxasında Yeni Dehli hökumətinin olduğunu iddia edib.

2022-ci ildə Pəncabın Calandhar şəhərində bir hindu din xadimini öldürdüyünə görə Hindistan Milli İstintaq Agentliyi (NIA) tərəfindən axtarışda olan Nijjar “Hindistan dövlətinə qarşı KLF üzvlərini hazırlamaqda”, “maliyyə dəstəyi verməkdə”, “sui-qəsddə” ittiham olunurdu. “İctimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” kimi ittihamlarla üzləşib.

“Sıx ölkəsi” mənasını verən Xalistan ideyasını mənimsəyən təşkilat 1987-ci ildən Hindistanda hərbi və diplomatik hədəflərə hücumlar həyata keçirir və Rumıniyanın Yeni Dehlidəki müvəqqəti işlər vəkili Liviu Radu oğurlaması ilə tanınır.

Hindistan təşkilatın Pakistan tərəfindən dəstəkləndiyini və bu ölkədən silah yardımı aldığını iddia etsə də, təşkilatın İngiltərə, İspaniya və Malayziyadakı sikx diasporundan ianə topladığı məlumdur.

Hindistanın Pəncab əyalətindən başqa, təşkilat Pakistanın Pəncab, Xayber Paxtunxva, Sind, Bəlucistan və Kəşmir bölgələrinin hamısını və ya bir hissəsini “Xalistan” olaraq görür.

Hindistan KLF-ni “terror təşkilatı” olaraq təyin edir.