Kreml: “Qarabağda istənilən missiya yalnız Azərbaycanın razılığı ilə mövcud ola bilər”backend

Kreml: “Qarabağda istənilən missiya yalnız Azərbaycanın razılığı ilə mövcud ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml ABŞ-ın Qarabağla bağlı beynəlxalq müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür.

“İnterpress.az” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Biz hələlik burada heç bir konkretlik görmürük. Bundan sonra hər hansı missiya yalnız Azərbaycanın razılığı ilə mövcud ola bilər”, – o bildirib.

D.Peskov əlavə edib ki, Moskva da öz növbəsində həm İrəvan, həm də Bakı ilə əlaqələri davam etdirir.

O vurğulayıb ki, Rusiya Federasiyası ABŞ-dan fərqli olaraq de-fakto normallaşma prosesində iştirak edir.

“Qarşılıqlı fəaliyyət səviyyəsini və bizim bu qarşılıqlı əlaqədə iştirakımızı amerikalıların iştirakı ilə müqayisə etmək mümkün deyil” , – Kreml nümayəndəsi qeyd edib.