Rusiyada şəxsi təyyarəsinin qəzaya uğraması nəticəsində dünyasını dəyişən Yevgeni Priqojinin qurduğu “Vaqner” qrupu Afrika və Belarusda fəaliyyətini davam etdirdiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Priqojinə aid olduğu məlum olan “Konkord” şirkətinin sosial media hesabından “Vaqner Qrup Mətbuat Xidməti” adından verilən açıqlamada muzdlu döyüşçü qrupunun Afrika və Belarusda fəaliyyətini davam etdirdiyi bildirilib.
Açıqlamada deyilir ki, şirkətin bağlanmasından söhbət gedə bilməz. Özəl hərbi şirkətin komandanlığı hələ də ona verilən bütün vəzifələri yerinə yetirir və şirkəti idarə edir.