Avstriyanın Aşağı Avstriya əyalətinin Mistelbach və Gaenserndorf bələdiyyələrinin içməli sularında “enterokok” adlı bakteriyanın tapıldığı açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hər iki bələdiyyədən verilən yazılı açıqlamada içməli suyun müntəzəm ölçülməsi zamanı suda enterokok bakteriyalarının səviyyəsinin çox yüksək olduğu qeyd edilib.
Bu aşkar edildikdən sonra bələdiyyələr suyun istehlakdan əvvəl 3 dəqiqə qaynadılması ilə bağlı xəbərdarlıq edib.
Bakteriyaların suya necə daxil olduğu araşdırılarkən, suyun təmizlənməsi üçün xlorlama işlərinə başlanıldığı bildirilir.
Mütəxəssislər, sözügedən bakteriyaların qan zəhərlənməsi, sidik yolu infeksiyası kimi xəstəliklərə səbəb olduğunu bildiriblər.