Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnnovativ təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən sosial media ekspertləri, blogerlər, aktivistlər və ictimai fəalların iştirakı ilə “Sosial Mediada “Fake Off”: media bacarıqlarının inkişaf etdirilməsi” adlı layihənin növbəti görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin həmtəsisçisi Abbas Pənahov layihə haqqında iştirakçılara sosial media resurslarında feyk xəbərlərlə mübarizədə təhlükəsizlik məsələlərinə diqqəti yönəldərək növbəti təlim haqqında qısa məlumat verib.
Sonra təlimçi qismində çıxış edən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İdarə Heyətinin sədri Elvin Balacanov saxta xəbər, misinformasiya, dezinformasiya və onlarla mübarizədə kiber təhlükəsizlik haqqında geniş təlim keçib.
Qeyd edək ki, təlimlər 3 gün davam edəcək və EDX.com təhsil portalı ilə əməkdaşlıq çərçivəsində layihənin yekununda 20 fəal iştirakçı ABŞ-ın Miçiqan Universitetinin onlayn kursunu başa vurmaqla sertifikatlara yiyələnəcək.