Neft oğruları tutuldubackend

Neft oğruları tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan KİV-lərinin verdiyi məlumata görə, saxlanılan iki nəfər Georgiy Laşxiridze və Yaqo Kaxabrişvili sistematik olaraq magistral neft boru kəmərindən küllü miqdarda xam neft oğurluq ediblər.

Onlar Kareli rayonunun Ruisi kəndində xüsusi texniki qurğu vasitəsilə yerin altından bir kilometr uzunluğunda boru kəməri çəkərək, həmin xətti Bakı-Supsa neft boru kəmərinə birləşdiriblər.

Magistral boru kəmərinə xüsusi açar qaynaq edərək onlar xam nefti öz rezervuarlarına yönləndiriblər.
Gürcüstanın Cinayət məcəlləsinin 177 maddəsinin 4-cü hissəsinin \”q\” yarımbəndinə uyğun olaraq bu cinayətə görə on ilə qədər azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.
Faktla bağlı istintaq davam edir. (azadinforum)

İnterpress.az