Cəsədlər Meksikanın şimal sənaye mərkəzi olan Monterrey və onun ətrafında müxtəlif yerlərdə, o cümlədən ölkənin ən zəngin məhəllələrində tapılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nuevo Leon ştatının rəsmiləri ən azı yeddi cəsədin, həmçinin bədən hissələri ilə dolu beş çantanın tapıldığını bildiriblər.
Səlahiyyətlilər bəzi cəsədlərin parça-parça tapıldığı üçün ölənlərin sayı ilə bağlı dəqiq rəqəm verə bilmədiklərini bildiriblər.
Ştatın yüksək səviyyəli təhlükəsizlik rəsmisi Gerardo Palacios, cəsədlərin Tamaulipas əyalətindəki narkotik kartellərinin üzvlərinə aid ola biləcəyini düşündüklərini söyləyib.