Alimlər antimaddənin sirrini açmağa yaxınlaşırlarbackend

Alimlər antimaddənin sirrini açmağa yaxınlaşırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kainatın yarandığı zaman Böyük Partlayış zamanı materiya qədər olan, lakin daha sonra “yoxa çıxan” antimaddənin (anti-maddə) cazibə qüvvəsinə qarşı maddə kimi hərəkət etdiyi müəyyən edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Elm adamları Böyük Partlayışda bərabər miqdarda meydana çıxan maddə ilə antimaddənin niyə bir-birini birləşdirib neytrallaşdırdığını və yalnız işığın qaldığını, anti-maddənin yoxa çıxdığını və maddənin nə üçün qaldığını anlamaq üçün illərlə maddə ilə antimaddənin oxşar və fərqli cəhətlərini araşdırır.

İsveçrədəki Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) aparılan təcrübələr anti-maddənin Albert Eynşteynin proqnozlaşdırdığı kimi aşağıya doğru, yəni maddə kimi hərəkət etdiyini göstərib.

Maddədəki atomun nüvəsində bir proton və orbitində hərəkət edən elektronlar olduğu halda, anti-maddədəki atomun nüvəsi orbitində mənfi yüklü proton (antiproton) və müsbət elektronlar (pozitron) ehtiva edir.

Bu çərçivədə, nüvəsində antiproton və orbitində bir pozitron olan antihidrogen atomlarının istifadə edildiyi araşdırmada kainatda yalnız bir saniyəlik mövcud olan antimaddə əvvəlcə yavaşlatılaraq sabit və davamlı bir forma çevrilib.

Laboratoriyada sürətləndiricilərdə zərrəciklərin toqquşması nəticəsində yaranan hissəciklər işıq sürətinə yaxın sürətlə borular vasitəsilə antimaddə laboratoriyasına çatırıb.

Tədqiqatçılar bu sürətlə idarə edə bilmədikləri antihissəciklərin enerjisini onları yavaşlatmaq üçün halqaya göndərərək azaldıblar. Sonra hissəciklər böyük bir maqnitə göndərilib və orada minlərlə antihidrogen atomu əmələ gətiriblər.

Antihidrogeni tutan maqnit söndürüldükdə, antihidrogen atomlarının hərəkət istiqamətini təyin edən sensorlar antimaddənin aşağıya doğru, yəni maddə kimi hərəkət etdiyini göstərib.

Alimlərin araşdırmalarında növbəti addım maddənin və antimaddənin cazibə qüvvəsinə qarşı eyni sürətlə hərəkət edib-etmədiyini müəyyən etmək olacaq.

Araşdırmanın nəticələri Nature jurnalında dərc olunub.