Busaat.az xəbər verir ki, Sara Xatun Mədəni Maarifçilik İctimai Birliyi 01.08.2023-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Təhsildən peşəyə”: Şəmkir rayonunda gənc qızların təhsilə marağının artırılması özünüməşğulluğunun təmin edilməsi məqsədilə tədbirlərin təşkili” adlı layihəyə start verib.
Layihənin əsas məqsədi – gənc qızların ali və ya peşə təhsilinə cəlb etməklə özünüməşğulluq proqramlarına cəlb edilməsidir.
Layihə Şəmkir rayonunda peşə təhsili müəssisələrində təhsil alan və hazırda məzun olan gənc qızlar təşkil edəcək və onların biznes sahəsində ideyalarının təhlil olunması üçün köməklik göstəriləcək.
3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində 20 nəfər gənc qızlara “Biznes nədir?”, maliyyə savadlılığı və biznes plan adlı təlimlər keçiriləcəkdir.
Layihə Şəmkir rayonunda peşə təhsili alan gənc qızların iştirakı ilə həyata keçiriləcək.