Zəlzələnin maqnitudası 3,1, dərinliyi 5 km olub.
Təkanlar Qobustan stansiyasından 35 km cənubda Şamaxı ərazisində olsa da hiss edilməyib.
Bu, mart ayında qeydə alınan ilk təkandır. Fevral ayında iki zəlzələ baş verib. Təkanlar Xəzər dənizi və Cəlilabadda baş verib.
İlin ilk ayında isə ölkə ərazisində 5 yeraltı təkan qeydə alınıb. Onlardan ən güclüsü İranla sərhəddə baş verib. Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, zəlzələ yanvar ayının 12-də yerli vaxtla 06:38:39-da, Yardımlıdan 20 km şimalda İran ərazisində qeydə alınıb. Yeraltı təkanlar Azərbaycan ərazisində, episentirə yaxın yaşayış məntəqələrində 3.0 bala qədər hiss olunub. (ans)
İnterpress.az