Keçirilən əməliyyat zamanı partlayış səsi eşidildiyi, bir nəfərin zərərsizləşdirildiyi bildirilir.
Bəzi mənbələr bölgədə iki partlayış səsi eşitdiklərini bildiriblər. Hadisə yerinə bomba zərərsizləşdirici qruplar gəlib, ərazi mühasirəyə alınıb.
Qeyd edək ki, martın 22-də Brüssel hava limanında və metroda terror aktı törədilib. 34 nəfər həyatını itirib, 270 nəfər yaralanıb.
Yerli sakinlərdən biri keçirilən əməliyyatı evinin pəncərəsindən çəkməyi bacarıb. Görüntülərdə dayanacağda məhv edilən əli silahlı terrorçunun mina axtaran robot-istehkamçı tərəfindən yoxlanıldığı görünür. Daha sonra polis cəsədi hadisə yerindən götürüb. Hadisə zamanı ətrafda olan insanlar təxliyyə olunub.
Brüsseldəki \”Zaventem” beynəlxalq havalimanında terror aktı törətməkdə şübhəli bilinən 3-cü şəxs saxlanılıb. Belçikanın RTBF dövlət televiziyasına istinadən verdiyi məlumata görə, Nacim Laaşraui adlı bu şəxsin Parisdə baş verən hadisə ilə əlaqəsi olduğu ehtimal edilir. O, Anderlext əyalətində saxlanılıb. Daha əvvəl terror aktının törədilməsində şübhəli bilinən digər şəxslərin Xalid və İbahim Əl Bakraui qardaşları olduğu açıqlanıb. Hər iki şəxsin partlayış nəticəsində öldüyü bildirilir.
Bu arada ABŞ Dövlət Departamenti terrorçuların Avropada yaxın gələcəkdə yeni terror aktları planlaşdırması ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib. Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.
“Terrorçu qruplaşmalar qısamüddətli perspektivdə bütün Avropa məkanında terror aktları törətməyi planlaşdırırlar, onların hədəfi idman tədbirləri, turizm obyektləri, restoranlar və nəqliyyatdır”, – deyə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.
Martın 21-də Brüsseldə ard-arda bir neçə terror aktı baş verib. “Zaventem” beynəlxalq hava limanında 2 və metroda baş verən partlayış nəticəsində 34 nəfər ölüb, 250 nəfər yaralanıb. Belçika hökuməti baş verən hadisəni terror aktı adlandırıb. (ans)
İnterpress.azhttps://youtube.com/watch?v=ytswNRd66_E