Rayonun Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə Darquba kəndi ərazisində qeydə alınıb.
Şəhər sakini, 1993-cü il təvəllüdlü Nəriman Seyran oğlu Məmmədli idarə etdiyi “VAZ-21 015” markalı, 42- BS- 753 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yol kənarındakı maneəyə çırpıb. Güclü zərbənin təsirindən çoxsaylı ağır bədən xəsarətləri alan sürücü hadisə yerində keçinib.
Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Faktla bağlı Lənkəran Rayon Polis İdarəsində araşdırma aparılır.
Mərhumun qohumları onun gələn ay toyunun olacağını bildiriblər.