Şamaxı yolunda uçqun olub – VİDEObackend

Şamaxı yolunda uçqun olub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uçqun vuran ərazi nəzərət altında saxlanılır. Sürüşmənin miqyası böyüyərsə Bakı-Şamaxı yolu bağlana bilər. Leysan yağışları uçquna meyilli ərazilərdə sürüşməni aktivləşdirib.

Yolun üst hisəsindən başlayan sürüşmə zolağı magistral yola qədar davam edir. Ərazinin gündən-günə sürüşməsi magistral yolun bir hissəsinin uçması ilə nəticələnib. Hazırda yolun 106-107-ci kilometrliyində böyük yarğanlar əmələ gəlib. Torpaq qatı uçaraq yola tökülüb. Ümumilikdə 600 kv-dən çox ərazi sürüşməyə məruz qalıb.

Yolun bağlanmaması üçün yol idarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub. (kanals)

İnterpress.az