Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) Şimali Koreyanın cənub gəmi istehsalçılarına intensiv kiberhücumlar həyata keçirdiyini iddia edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. NIS Şimali Koreya lideri Kim Çen Inın “orta və iri miqyaslı gəmi istehsalı” qabiliyyətini inkişaf etdirmək göstərişindən sonra Cənubi Koreyanı iddia edib. Pxenyana məxsus gəmi istehsal edən şirkətlərin hakerlərin hədəfinə çevrildiyini bildirib.
NIS bəyanatında qeyd edib ki, avqust və sentyabr aylarında Şimali Koreyalı hakerlər yerli gəmiqayırma şirkətlərinə və onların işçilərinə qarşı çoxsaylı kiberhücumlara cəhd ediblər.
Şimali Koreyalı hakerlərin sözügedən şirkətlərin məxfi məlumatlarını əldə etmək üçün işçilərə zərərli elektron məktublar göndərdiyini ifadə edən NIS kiberhücumların Şimali Koreya liderinin “orta və irimiqyaslı döyüş gəmilərinin istehsalı” əmrindən sonra həyata keçirildiyini təxmin edir.
Açıqlamada Şimali Koreyanın Cənubi Koreya gəmi istehsalçılarına və hissələri istehsal edən şirkətlərə qarşı kiber hücumlarının davam edəcəyi bildirilib.
Şimali Koreya lideri bu yaxınlarda ölkədə gəmiqayırma sənayesini inkişaf etdirməyə çağırıb.