Martın 26-da \”Qara Qarayev\” metrostansiyasında yaşlı qadın özünü qatarın altına atmaq istəyib.
Qazax rayon sakini 1958-ci il təvəllüdlü Şirinova Məleykə Məhəbbət qızı saat 11:30 radələrində özünü qatarın altına atmaq istəyib. 58 yaşlı qadın qatarın ön şüşəsinə dəyib. Xoşbətlikdən o dəmir relslərinin üstünə düşməyib. Bədən xəsarətləri alan qadın xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır. ( musavat.com )
İnterpress.az